Yaşadığımız müddətcə hər keçən gün yeni məlumatlar öyrənirik. Bunlardan bəziləri bizə lazım olan vacib məlumatlar, bəziləri isə oxuduğumuz zaman zövq ala biləcəyimiz maraqlı məlumatlardır. Bəlkə də daha əvvəl eşitmədiyiniz, oxuduğunuzda təccüblənəcəyiniz bir-birindən maraqlı məlumatlardan bir neçəsini təqdim edək:
- Dünyada hansı irqdən olmasına baxmayaraq bütün yeni doğulan körpələr 440 hz yüksəkliyində və "la" notu ilə ağlayır.
- Xiyarın tərkibinin 96 faizi sudur.
- Bal xarab olmayan yeganə qidadır.
- Dünyada 4300-ə yaxın fərqli din var.
- Ay işığının bizə çatması 1,3 saniyə çəkir.
- Buqələmunların dili bədənlərindən iki qat uzundur.
- Liftdə ayna qoyulmasının əsas səbəbi qapılar açılarkən kabinənin yerində olduğunu görməkdir.
- Fillərin rəngi əslində boz deyil qızılı-torpaq rəngidir. Boz görünmələrinin səbəbi palçıqlı suların üzərilərində qurumasıdır.
- Qiymətli daşların çoxu bir neçə elementin birləşməsindən meydana gəlir, yalnız brilyant tamamilə karbondan əmələ gəlir.
- Albert Eynşteyn 9 yaşından sonra tam danışmağa başlayıb. Buna görə də ailəsi onun əqli cəhətdən qüsurlu olduğunu düşünüblər.
- "Santa Klaus"un paltarı əslində yaşıl rəngdədir. Ancaq bir kola markası onu qırmızı-ağ olaraq dünyaya tanıdıb.
- Qütb ayıları isti və nəmli mühitdə qaldıqları zaman kürklərinin rəngi yaşıl rəngə çevrilir.
- Alma, soğan və kartofun dadı eynidir. Yalnızca qoxuları fərqlidir. Əslində hamısı şirindir.
- Göytürklər turşuyan qatığın turşuluğunu azaltmaq üçün üzərinə su töküblər. Beləliklə özləri də bilmədən ayranı kəşf ediblər.
- Dünyanın ən sürətli böyüyən bitkisi bambuk ağacıdır. Ağac gündə 90 santimetr uzanır.
- Dünyada ən çox satılan telefon "Nokia" markasının 2003-cü ildə satışa çıxardığı, 250 milyon ədəd satılan "Nokia 1100"dır.
- Soğan doğradığınız zaman gözünüzün yaşarmasını istəmirsinizsə, saqqız çeynəyin.
- İnsanın saçı üç kilo ağırlıq qaldıra biləcək gücdədir.
- Ölüm anında toxunma və görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra insan beyni 2 dəqiqə boyunca səslər qəbul edilə bilir.
- Yuxusuzluq şikayəti ilə həkimə müraciət edən insanların IQ səviyyəsinin normadan yüksək olduğu müşahidə edilir.
- İnsanlar yuxuladığı zaman qoxu ala bilmirlər.
- Niaqara şəlaləsindən düşüb sağ qala bilən ilk insan Bobbi Liç evdə portağal qabığına basaraq yıxılmış və daxili qanaxma səbəbilə dünyasını dəyişmişdir.
- Dəniz atı dünyanın ən sədaqətli canlısıdır. Çünki həyat yoldaşı öldükdən qısa bir müddət sonra o da ölür.
- İnsan ildə ən az 1460 ədəd yuxu görür.
- "Karaoke" sözü Yapon dilində "quru orkestr" sözünün qısaldılmasıdır. "Kara" Yapon dilində boş deməkdir.
- Ördəyin səsi əks-səda vermir.
- Ən böyük quş yumurtası dəvəquşunundur. Yumurta 15 - 20 santimetr uzunluğunda və ortalama 1,7 kiloqram ağırlığındadır. Qaynadılaraq bişirilməsi isə 40 dəqiqə çəkir.
- Ən ağıllı heyvanlardan biri olan qarğalar, insanlar kimi yaşlı valideynlərini illər sonra gedib ziyarət edirlər.
- Ağcaqanadlar əllərini ovuşdurup başlarından keçirmə hərəkətini, uçarkən əllərinə yapışan molekulları təmizləmək məqsədi ilə edirlər.
- Bir kilo limonda bir kilo çiyələkdən daha çox şəkər var.