65d2e5e4cb8c7202402242348
Burun tutulmasını 1 saata yox edən - Təbii RESEPT

Bu resept axan burun probleminin öhdəsindən çox yaxşı gəlir.

Panarama.az həmin resepti təqdim edir:

Tərkibi:

  • 1 limon;
  • 1 ədəd baş soğan;
  • 2 xörək qaşığı bal;
  • 2 stəkan su.

Hazırlanma qaydası:

  1. Suyu qaynadın və soğanı kiçik parçalara kəsib suya əlavə edin.
  2. Soğan halqalarını 15 dəqiqə qaynadın.
  3. Sonra qazanı söndürün və “içki”ni 5 dəqiqə dəmləyin.
  4. İndi 2 xörək qaşığı bal əlavə edin və tamamilə həll olunana qədər yaxşıca qarışdırın.
  5. İçməzdən əvvəl içinə bir bütöv limonun suyunu sıxın.
  6. Qarışımı gündə 2-3 dəfə bir yemək qaşığı için.

Burun tutulmasının 1 saatda, ən geci bir gündə yox olacağına zəmanət verilir.

Qeyd edək ki, bu çayı maksimum 2 gün saxlamaq olar./saglamolun.az

19.02.2024 09:22
558

(MGID): :
OXŞAR XƏBƏRLƏR