653bd986aff0e202310233846
“Çarpayımda yatmağa yer yoxdu” – Elza Seyidcahan - FOTOlar
"Klassik yazıçılar ümumbəşəri yazırlar. Onların dedikləri hər dövr üçün aktualdır. Mənim geyimlərim də klassik-avanqard geyimlərdi. Dünən də olub, bu gün də var, sabah da olacaq."

Panarama.az Milli.Az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan Moderator.az saytına açıqlamasında deyib. O, evində hökm sürən sıxlıqdan gileylənib.
 
"Mənim evim ev deyil, qarderobdur. Hərdən Bakımızın küçələrini maşınla gəzirəm. Deyirəm ki, "Ay Allah Bakımızın küçələri necə sıxlıqdı, lap evimə oxşayır. Bakı mənim evimə oxşayır. Evim ancaq qarderobdur, yer yoxdur. Çarpayımı da qarderoba çevirmişəm. Divanda yatıram. Anam deyir ki, niyə divanda yatırsan? Deyirəm, mənə bura rahatdır. Deyir, get çarpayında yat. Deyirəm, axı yer yoxdu paltarlardan. Dəmirdən, kağızdan düzəldilən paltarlarımı mənim bacım Lalə Seyidcahanla ağlaya-ağlaya atdıq. Yer yox idi, biz onu hara verə bilərik, əl işidi."
Elza Seyidcahan pianosuz yaşaya bilmədiyini də vurğuladı:
 
"Hara getsəm, özümlə pianino daşıyıram. Kənddə evim var, fikirləşirəm ki, ora mütləq pianino getməlidi məndən qabaq. Bəlkə də o evə ildə bir-iki dəfə gedəm, amma orda pianino mütləq olmalıdır. Pandemiya dövründə mən bağ evimə pianino aldım. Evimdə bir royal var, 1-ci mərtəbədə də pianino var, 2-ci mərtəbədə də."

27.10.2023 19:39
367

(MGID): :
OXŞAR XƏBƏRLƏR