655d503d211ad202311235005
Cavanşir efirdə aparıcılarla DALAŞDI: “Bilin, kimlə danışırsınız, hoqqa çıxartmayın” - VİDEO

Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Zaur Nəbioğlu və Aysel Novruzova arasında efirdə qalmaqal yaşanıb. 

Panarama.az bizim.media-ya istinadən bildirir ki, münaqişəyə səbəb aparıcıların sənətkarın söylədiyi kimi, sözünü kəsməsi olub. 

Cavanşir qonaq olduğu "Rəngarəng səhər" verilişində onun sözünü kəsən proqramın aparıcıları Zaur və Ayselə irad bildirib: "Siz qoymursunuz, icazə vermisiniz ki, mən danışım. Qonağın sözünü kəsmək olmaz. Aparıcı qonağın sözünü kəsməməlidir. Qoyun sözümü deyim. İki nəfər düşmüsünüz üstümə. Qəribə danışırsınız... Mən bu 53 il sənət yolunda görün nə qədər aparıcı görmüşəm? İndi aparıcı mənəm!". 
Onun bu sözlərinə Zaur və Aysel etiraz ediblər: "Siz burada aparıcı ola bilməzsiniz. Siz aparıcı yox, qonaqsınız. Siz çox aparıcı görə bilərsiniz, amma siz bizim qədər müğənni görə bilməzsiniz. Söhbət səhnədən gedir. Sizin aparıcı sayını görməyiniz çox ola bilməz". 
Daha sonra Məmmədov fikirlərini belə davam etdirib: "Siz sözdən söz çıxartmayın. Siz durub burada hoqqa çıxartmayın və bizi digər müğənnilərlə qarşı-qarşıya qoymayın. Əgər siz bu verilişdən gələn maaşa razı olmasaydınız, qalıb işləməzdiniz. Siz bilin ki, burada kimlə danışırsınız. Mən sizdən yaşca iki dəfə böyüyəm (37 yaşlı aparıcı Aysel Novruzovanı nəzərdə tutur - red.) Mən yanımda çalışan heç bir musiqiçinin pulunu kəsməmişəm. Kəssəydim, həmin şəxs ikinci dəfə mənimlə məclisə getməzdi. Siz burada şou göstərmək istəyirsiniz, bilmirsiniz nə edəsiniz... Ayıbdır, belə şeylər etməyin. Sənətdən danışaq vəssalam". 
Proqramın gedişatında hər iki aparıcı müğənni ilə aranı sakitləşdirməyə çalışıb. 
Verilişdə yayımlanan gərgin dolu anları sizə təqdim edirik: 


22.11.2023 04:49
1754

(MGID): :
OXŞAR XƏBƏRLƏR