655286ff8cac5202311232847
Cavanşir: “Lalə efirdə qırmızı xətti keçib mənə "pişik" dedi” - VİDEO
Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə qalmaqal yaşadığı "Təsir dairəsi" ictimai-sosial proqramının aparıcısı Lalə Azərtaşa efir vasitəsi ilə sərt ismarıc yollayıb.
Panarama.az publika.az-a istinadən xəbər verir ki, sənətkar qonaq olduğu "Bizim vaxtımızda" verilişində ad çəkmədən aparıcını sözləri ilə "sancıb".
"Yaxşı kişilər üçün kişi söz deməlidir, arvad yox. Mənim adımda "şir" sözü var deyə, bu yaxınlarda qadın aparıcılardan biri xoş olmayan ifadələr səsləndirmişdi. O aparıcı (qalmaqal yaşadığı "Təsir dairəsi" ictimai-sosial proqramın aparıcısı Lalə Azərtaşı nəzərdə tutur - red.) danışığından kənara çıxdı, qırmızı xətti keçdi. Aparıcı "Verilişimə çoxları şir kimi gəlib, pişik kimi gedirlər" sözlərini söylədi. Amma mən nə şir, nə də ki pişik deyiləm. Mən vətəndaşam", - deyə C.Məmmədov vurğulayıb.
Xatırladaq ki, Cavanşir Məmmədov verilişlərin birində Lalə Azərtaşın ondan və ailəsindən üzr istəmədiyi halda, məhkəməyə verəcəyi ilə hədələyib.
Lalə isə aparıcısı olduğu "Təsir dairəsi" ictimai-sosial proqramda "Nəinki gerçək həyatda, heç yuxunuzda da sizdən üzr istəmərəm" sözlərini dilə gətirib.
Qeyd edək ki, keçmiş kürəkəni Mustafa İbili aylar əvvəl "Təsir dairəsi" verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı. Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


14.11.2023 00:26
431

(MGID): :
OXŞAR XƏBƏRLƏR