65c9a7f03142b202402240904
Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır - Bu gün əməliyyat olunacaq

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

 

Panarama.az APA-ya istinadən xəbər verir ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan isə  bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

12.02.2024 08:56
600

(MGID): :
OXŞAR XƏBƏRLƏR