64e5c9538da6d202308235443
Cavanşirdən Lalə Azərtaşa: “Sən “Xəzər” kanalını heyvanxanaya bənzədirsən?” - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə “Təsir Dairəsi” ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaşa sərt mesajlar yollayıb.

Panarama.az AZİNFORM.AZ-a
istinadən xəbər verir ki, sənətçi qonaq olduğu “Gəl danış” ictimai-sosial proqramda "kürəkəni", türk vətəndaşı Mustafa İbili ilə yaşadığı qalmaqallı məhkəmə çəkişməsindən danışıb.

Cavanşir bildirib ki, sözügedən məsələni verilişində işıqlandıran Lalə proqram boyunca Mustafanı müdafiə edib. Aparıcının “Verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm” sözlərinə Məmmədovun cavab reaksiyası belə olub:

“Təsir dairəsi” ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaş deyir ki, bu adam (“kürəkəni” iş adamı Kemal Mustafa İbilini nəzərdə tutur - red.) efirin bitməsinə 15 dəqiqə qalmış verilişə gəlib, biz heç bilmirik o nə danışacaq. Belə bir şey ümumiyyətlə televiziya və radio tarixində olmayıb. Məsələn mən verilişdə filankəslə danışıram həmin an kimsə gəlib bizim danışığımıza müdaxilə edir. Sən (Lalə Azərtaş – red.) televiziya məkanını sirkə bənzədirsən. Deyir ki, verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm. “Xəzər” televiziyasının studiyasını sən sirkə, heyvanxanaya bənzədirsən? Deyir ki, mən hakiməm. Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir. Sən nəyin hakimisən? Sən jurnalistikanı bitirmisən? Deyir ki, Kemal Mustafaya dələduz deməyin. Niyə o “peyğəmbər”dir ki? Dələduz bəs kimə deyilir?”.

Qeyd edək ki, Mustafa İbili həmin verilişə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.

Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


23.08.2023 12:53
211

(MGID): :
OXŞAR XƏBƏRLƏR