64de3421b1938202308235217
Çəkiliş zamanı aktyoru möhkəm döydülər

Rusiyalı kinoaktyor Aleksandr Tkaçuk Yekaterinburq şəhərində kino çəkilişləri üçün məşq edərkən möhkəm döyülüb.

Panarama.az Lent.az-a istinadən xəbər verir ki, Rusiya mətbuatının xəbərinə görə, gecə çəkilişləri zamanı studiyaya sərxoş bir kişi daxil olub və çəkiliş qrupu ilə davaya başlayıb. Növbəti kadr üçün məşq edən aktyorlar özlərini itiriblər. Önə çıxıb onu kənarlaşdırmaq istəyən Aleksandr Tkaçuk sərxoş kişinin hücumuna məruz qalıb. Həmin adam aktyoru yerə yıxıb və boğmağa başlayıb.

Ağır zədələnən aktyor xəstəxanaya aparılıb. Maraqlıdır ki, filmin ssenarisinə görə, Tkaçuk ölümcül döyülməli idi. Rejissor zarafatla bildirib ki, indi Aleksandr öz rolunun öhdəsindən daha asan gələcək. Çünki bu hiss artıq ona tanışdır, o rolunu daha təbii oynayacaq.

17.08.2023 18:50
129

(MGID): :
OXŞAR XƏBƏRLƏR