64e0a89ca9670202308233348
Cəlilabadda dəhşət: Arvadının sevgilisi olduğunu bildi....- Şok təfərrüat
Cəlilabad rayonunda 1996-cı il təvəllüdlü Valeh qısqanclıq zəminində həyat yoldaşı Xatirəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Panarama.az  Referans.az-a
 istinadən bildirir ki, Valeh 15 oktyabr 2022-ci ildə arvadı Xatirənin iki azyaşlı övladları ilə birgə Bakıda kirayədə yaşadığı dövrdə tanış olduğu Sahil ilə sevgi münasibətləri qurduğuna əmin olub.

Bu səbəbdən aralarında yaranmış mübahisə ilə əlaqədar Xatirə ondan ayrılaraq övladlarını götürüb Cəlilabad rayonunda kəndlərdən birinə atasının evinə qayıdıb. Valeh arvadını qısqanclıq hislərinin təsirindən öldürmək qərarına gəlib.

Cinayətkar niyyətini həyata keçirmək üçün oktyabrın 20-də Cəlilabad şəhərinə gedib və təsərrüfat malları satılan mağazadan 8 manat dəyərində balta alıb.

Daha sonra Valeh oktyabrın 21-də, gecə saat 3 radələrində arvadı və onun ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olub. O, arvadının əlində olan baltanı görərək oradan uzaqlaşarsa cinayətkar niyyətini həyata keçirə bilməyəcəyi təhlükəsini aradan qaldırmaq üçün baltanı arvadı və ailə üzvlərinin görə bilməyəcəyi yerə, lakin özünə əlçatan olması üçün evin divarına söykəyib.

Bundan sonra Valeh Xatirəni səsləyib və arvadı evin pəncərəsinə yaxınlaşdıqda aralarında mübahisə yaranıb. Mübahisə zamanı qısqanclıq zəminində arvadını öldürmək məqsədilə həmin vaxt yerdə olan baltanı götürüb və arvadının yaxasından yapışaraq pəncərədən özünə tərəf çəkib. Baltanın çapıcı-kəsici tərəfi ilə onun baş və boyun nahiyələrinə bir neçə zərbə endirib.

Daha sonra Xatirənin kömək çağırışlarına gələn anası onun bədənindən tutaraq pəncərədən kənarlaşdırıb və otağın içərisinə doğru çəkdiyinə görə zərbələr endirməyi dayandırsa da, məqsədinə nail olmaq üçün öz əməlini davam etdirib. O, əlindəki baltanı arvadının kürəyinə doğru atıb.

Xatirə ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Valeh isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Valeh 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. O, himayəsində olan 2 övladının olduğunun nəzərə alınmasının nəzərə alınmasını, barəsində təyin olunan cəzanın yüngülləşdirilməsini istəyib.

Valehin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.
19.08.2023 15:32
213

(MGID): :
OXŞAR XƏBƏRLƏR