64e5d6017b8c3202308234849
Cəlilabadda əmioğlular nişanlı qızı qaçırdı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda adam oğurluğunda təqsirləndirilən Mahir Qarayev və onun əmisi oğlu Sənan Qarayevin (həri ikininin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Panarama.az Qlobal.net-ə istinadən xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Mahir Qarayev 10 il və Sənan Qarayev isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 03 iyul 2021-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində qeydə alınıb. 

Belə ki, Mahir Qarayev əmisi oğlu Sənan Qarayevlə həmkəndlisi, zərərçəkmiş Zəminə Hacıyeva (şərti) ilə evlənməsinə nail olmaq məqsədilə qadını oğurlamaq barədə əvvəlcədən razılıq əldə edib. 

 Mahir həmin gün atasına məxsus “VAZ-2106” markalı avtomobildə Sənanla birgə qadının Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən gözəllik salonundan çıxmasını gözləyib. 

Həmin gün saat 13 radələrində Zəminənin salondan çıxıb yaşadığı ev istiqamətində piyada getdiyini görüb. Bu zaman Sənan Mahirin tapşırığı ilə avtomobili idarə edib, zərərçəkmiş şəxsin yanında saxlayıb. Mahir avtomobildən düşüb qadının qollarından tutaraq nəqliyyat vasitəsinin salonuna mindirmək istəyib. Zəminə onların niyyətini başa düşərək qaçmaq istəyərkən yıxılıb. 

Bu zaman Mahir zərərçəkmiş şəxsin qollarından tutub, yerdən qaldırdıqdan sonra onu qucağına alıb, qollarını sıxıb saxlamaq üsulu ilə müqavimətini qırıb. Daha sonra Mahir qadını avtomobilə mindirərək Cəlilabad rayonu, Günəşli kəndində yerləşən əmisinə məxsus yaşayış olmayan evinin həyətinə gətirib. Hadisədən sonra Mahir və Sənan polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd: Zəminə Hacıyeva qaçırılan zaman nişanlı olub.

23.08.2023 13:47
1439

(MGID): :
OXŞAR XƏBƏRLƏR