666186f4a5f78202406245252
Cəlilabaddakı avtobus qəzası ilə bağlı SON MƏLUMAT: 9 nəfərdən 8-i qadındır - YENİLƏNİB - VİDEO - FOTO

Xəbər verdiyimiz kimi, 06.06.2024-cü il tarixində saat 09:30 radələrində Cəlilabadda ağır yol-nəqliyyat hadisəsinin baş verib.

Panarama.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

Qeyd edək ki, rayonun Sadatlı kəndi ərazisində içərisində sərnişinlərin olduğu avtobus qəzaya düşüb.

--------
11:40


İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.



06.06.2024 13:48
287

(MGID): :
OXŞAR XƏBƏRLƏR