64e711e33690a202308231635
Cəmil Məmmədli HƏBS EDİLDİ - FOTO

Xaçmazada fəaliyyət göstərən jurnalist Cəmil Məmmədli həbs edilib.

 

Panarama.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

 

Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.

 

Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti əsaslı hesab edib.


Qərara əsasən C.Məmmədli  barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.

 

Qeyd edək ki, Cəmil Məmmədli bu ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.


O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

24.08.2023 12:13
184

(MGID): :
OXŞAR XƏBƏRLƏR