“Uzun müddət atamın və qardaşımın yoxluğunu çəkmişəm. Yadıma düşür və gözlərim dolur. Efirdə bunu bəlli etməməyə çalışmışam. Qardaşımı erkən yaşda itirmişəm. Bir müddət sonra da atamı itirdim. Hər zaman bir ağac kimi güclü olmağa çalışmışam. Külək heç bir budağımı yer salmasın deyə...”.
Panarama.az xəbər verir ki, bu sözləri “Nigar xanım” adlı verilişinə qonaq olan aktrisa Cəmilə Tağızadə deyib.
O atası və qardaşı olmadığından həyat yoldaşı tərəfindən əzdiyini bildirib:
“Anama demişəm ki, atam olsaydı, belə olmazdı. Qardaşım olsaydı belə olmazdı. İndi mən bu çətinliyi yaşamazdım. Belə olsa idi, mənim həyat yoldaşım və qohumları məni əzə bilməzdilər. Əgər sənin arxanda qardaşın, atan yoxdursa səni əzəcəklər”.
Qeyd edək ki, C.Tağızadə 2017-ci ildə Murat Temiz adlı türk vətəndaşı ilə ailə qurub və İstanbula köçüb.
Onun 2020-ci ildə Abdullah Cesur adında oğlu dünyaya gəlib./baku.ws
Ətraflı videoda: