"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 1:3 hesablı qələbəyə sevinib.
Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.
İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə isə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
00:44
"Qarabağ" üçüncü qolu vurdu.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, görüşün 85-ci dəqiqəsində Musa Qurbanlı hesab fərqini artırıb - 1:3.
"Qarabağ" hesabda irəli çıxıb.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, görüşün 67-ci dəqiqəsində Kevin Medina qapıya dəqiq zərbə endirib - 1:2.
00:10
"Qarabağ" hesaba tarazlıq gətirib.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, görüşün 50-ci dəqiqəsində Marko Yankoviç fərqlənib - 1:1.
19 avqust, 23:32
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferentsvaroş"la "Qarabağ" arasında keçirilən ilk oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, görüşün 29-cu dəqiqəsində Barnabas Varqa fərqlənib - 1:0.
19 avqust, 23:00
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ilk oyunda səfərdə Macarıstanın "Ferentsvaroş" klubunun qonağıdır. Oyun başlayıb.
Matçı portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.
19 avqust, 22:04
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferentsvaroş"la "Qarabağ" arasında keçiriləcək ilk oyun üçün start heyətləri açıqlanıb.
Panarama.az bildirir ki, Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
"Ferentsvaroş": 90. Denes Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Aleks Tot, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O'Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa
Baş məşqçi: Robbi Kin
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.
19 avqust, 07:30
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ilk oyunda səfərdə Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
19 avqust
UEFA Çempionlar Liqası, Pley-off
Saat 23:00. "Ferentsvaroş" - "Qarabağ".