651a4d146042b202310235444
Çili bibəri yemək üzrə dünya rekordu qırılıb - VİDEO

Kanadalı Maykl Cek 135 çili bibəri yeyib və bununla da özünün daha öncəki dünya rekordunu qırıb.

Maykla 50 Karolina Əzrayılı (Carolina Reaper) sortundan olan bibərləri yemək üçün altı dəqiqə 49,2 saniyə lazım olub. Bu tərəvəz Ginnesin Rekordlar Kitabına dünyanın ən acı bibəri kimi düşüb. Bununla belə, kişi qısa müddət ərzində daha 85 ədəd yeyərək davam edib. Orta hesabla, bir çilini yemək üçün o,  səkkiz saniyə sərf edib.

“Ən qorxulu olan ilk bibərdir. İkinci artıq o dərəcədə acı gəlmir insana, lakin daha sonra hər növbəti bibər daha da acı gəlir”, - deyə Cek bildirib.

Kanadalı acı yeməyə öyrəşsə də, yenə də mədədə diskomfort hissi olduğunu deyib.

“Məndə güclü sancılar başladı. Sanki kimsə bağırsaqlarını sıxaraq, onları çölə çıxarır. Ağıl “dayan” deyir, lakin sən özünü davam etmək lazım olduğuna inandırırsan”, - deyə o, əlavə edib.

Qeyd edək ki, bu Maykl Cekin ilk rekordu deyil. Kişi bir şüşə acı sousu 8,56 saniyə ərzində içərək birinciliyi qazanıb. O, həmçinin bir litr tomat sousunu bir dəqiqə 5,56 saniyə ərzində içərək qalib olub./oxu.az


02.10.2023 08:53
243

(MGID): :
OXŞAR XƏBƏRLƏR