Çin "süni günəş" yaratdı! Temperatur 100 milyon dərəcəni keçdi
Texnologiya, Çin alimləri tərəfindən hazırlanan və "süni günəş" olaraq da bilinən nüvə birləşmə halqasının ion və elektron temperatur dəyərlərində 100 milyon dərəcə həddi keçdiyi bildirilib. Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə, Sıçuan əyalətinin mərkəzi Çinqdu şəhərində "Huanliu-3" (HL-3) adlı eksperimental reaktor Günəşdəkinə bənzər nüvə birləşmə reaksiyasını başlada biləcək temperatur həddinə yaxınlaşıb. Tədqiqatçılar reaktorun ion temperatur dəyərinin 117 milyon dərəcəyə, elektron temperatur dəyərinin isə 160 milyon dərəcəyə çatdığını bildiriblər. Reaktorun Baş Dizayneri Conq Vulu, "Təcrübəmizdə ümumi füzyon performansında böyük bir irəliləyiş əldə etdik və ikiqat hədəf olan 100 milyon dərəcəyə çatdıq. Bu, Çinin füzyon tədqiqatının yanan plazma mərhələsinə daxil olması deməkdir" dedi.