Lerik rayonunun tanınmış fermeri Xanış Şahıyevin böyük oğlu Miriş Şahıyev dünyasını dəyişib.
Panarama.az xəbər verir ki, mərhum bu gün doğulduğu Lerik rayonunda torpağa tapşırılacaq.
Miriş Şahıyevin uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, mərhumun atası "Çoban Xanış" kimi tanınan Xanış Şahıyev qabaqcıl fermer təsərrüfatının başçısı və xeyriyyəçi kimi tanınıb. O, Heydər Əliyev ilə yaxın dostluq münasibətləri ilə yadda qalıb. (metbuat.az)