"COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur".
Panarama.az APA-ya istinadən xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır:
"İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik".