66f261c8d7bad202409245256
COP29 zamanı uçuşlar ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi Azərbaycan Hava Yolları aviaşirkətinin (AZAL) fəaliyyətinə təsir göstərməyəcək.

 

Panarama.az xəbər verir ki, bu barədə Sfera.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, noyabrın 11-dən 22-nə kimi keçiriləcək COP29 tədbiri zamanı bütün beynəlxalq uçuşlar müəyyən olunmuş cədvələ uyğun olaraq normal rejimdə yerinə yetiriləcək və heç bir reysin ləğv edilməsi nəzərdə tutulmayıb.

 

“Sərnişinlər səyahətlərini mövcud uçuş cədvəlinə uyğun planlaşdıra bilərlər”, - məlumatda qeyd olunur.

24.09.2024 10:51
136

(MGID): :
OXŞAR XƏBƏRLƏR