662dd80c093c5202404240100
Cüdoçularımız tarix yazdılar

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəsini əldə edib.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

 

O, rəqibləri arasında olan gürcüstanlı, Olimpiya çempionu və bu kateqoriyada nömrə bir cüdoçu — Laşa Bekaurini məğlub edib.

Bundan əlavə 73 kq çəki dərəcəsində dünya reytinqində nömrə 1 olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionu titulunu uğurla qoruyub.

 

Balabəy Ağayev isə kişilər arasında 60 kq çəki dərəcəsində gümüş medal qazanıb. Cüdoçularımız Turan Bayramov (-60 kq.), Aydan Vəliyeva (-52 kq.), Murad Fətiyev (-90 kq.) və Zelim Kotsoyev (-100 kq.) 5-ci yerə çıxıblar.

 

Bu nailiyyətlərlə Azərbaycan Avropa çempionatında medal əyarına görə ən uğurlu çıxışını qeyd edib!

 

28.04.2024 08:57
396

(MGID): :
OXŞAR XƏBƏRLƏR