6860027984389202506255553

Cümşüdün meyiti TAPILDI...

28 İyun 2025
247

Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.

Panarama.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində kanalizasiya kollektorunda naməlum kişi meyiti tapılıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə meyitin Cümşüd Cümşüdlüyə məxsus olması müəyyən edilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.