Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı Dağıstanda matəm elan olunub.
Panarama.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Melikov qərar qəbul edib.
Onun sözlərinş görə, hadisə zamanı həlak olan şəxslərin ailələrinə 1 milyon rubl vəsait ayrılacaq.
Xatırladaq ki, Mahaçqalada yerləşən yanacaqdoldurma məntəqəsinin yanındakı obyektdə baş verən partlayış zamanı 27 nəfər həlak olub, daha 75 nəfər isə yaralanıb.