Dərbənddə iki terrorçunun barrikada qurduğu yaşayış binasına hücum davam edir.
Sakinlər təxliyə edilib, şəhərdə hərbi texnika hərəkət edir, helikopterlər uçur.
İlkin məlumata görə, yaraqlıların beynəlxalq terror təşkilatına mənsub olduqları bildirilir.
Terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 25 nəfər isə xəsarət alıb./oxu.az