6612f31543efd202404242509
Daha bir ailə faciəsi - Evin 19 yaşlı oğlu saxlanıldı

Bu gün saat 17 radələrində Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Panarama.az Metbuat.az-a istinadən xəbər verir ki, bu haqda Baş prokurorluq məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Şahin Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

07.04.2024 23:24
1261

(MGID): :
OXŞAR XƏBƏRLƏR