65698c9f0d9f6202312233455
Daha bir uşaq qızılcadan vəfat etdi
Digər

Daha bir uşaq qızılcadan vəfat etdi

azedu.az06:20 01.12.2023

Sabirabad rayonunda 1 yaşlı uşaq vəfat edib.

 

Panarama.az AzEdu.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan 2022-ci il təvəllüdlü uşağın artıq vəfat etməsi məlum olub.

 

Körpə xəstəxanaya yüksək temperaturla çatdırılıb. Onun qızılcadan dünyasını dəyişdiyi bildirilir. 

 

Hadisə ilə bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq.

 

Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.

 

Dövlət qurumları qızılca peyvəndi olmayan şəxslərin bu xəstəliyi ağır keçirdiyini və peyvəndləmənin mütləq olduğunu bildirirlər.

01.12.2023 11:33
570

(MGID): :
OXŞAR XƏBƏRLƏR