65ccfc14e2f58202402244452
“Daha soyuna bilmirəm, utanıram, abır edirəm” - Pərvin Abıyeva

"Azad ruhlu insanam. Bu, geyimlərimdə, müsahibələrimdə, danışdıqlarımda da özünü göstərir".

Panarama.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Həftənin qonağı" verilişinə müsahibəsində bildirib. 

O, artıq açıq-saçıq geyimlərdən çox istifadə etmədiyini bildirib: "Müəyyən vaxta qədər açıq-saçıq geyinə bilirdim. Son vaxtlar elə bilirəm ki, daha da böyümüşəm, çox açıq geyinə bilmirəm. 2-3 il əvvəl rahat şəkildə çimərliklərə gedə bilirdim. Çimərlik geyimində cəmiyyət içinə də çıxa bilirdim. Amma artıq bunları edə bilmirəm. Utanıram, dənizə getmirəm. Xarici ölkədə olanda dənizə gedirəm, amma Azərbaycanda yox. Məni çəkəcəklərindən ehtiyat etmirəm. Abır gəlib, belə deyim. Yaşla bağlıdır və ya nədirsə, bilmirəm, amma açıq-saçıqlada əvvəlki kimi rahat deyiləm".

14.02.2024 21:43
558

(MGID): :
OXŞAR XƏBƏRLƏR