Panarama.az medicina.az-a istinadən mütəxəssislərin bu problemlər üçün tövsiyə etdikləri təsirli qarışımlardan birini təqdim edir:
Günə zeytun yağı, qoz və badam kimi Omeqa-3 yağ turşuları ilə zəngin qidalardan hazırlanan qarışımla başlasanız, inanılmaz faydalar görəcəksiniz.
Qarışımın faydaları bunlardır:
- Bədənin enerji səviyyəsinin gün ərzində yüksək olmasını təmin edir.
- Hər üç qida antioksidantlarla zəngin olduğundan mədə və bağırsaqlardakı zərərli toksinləri bədəndən çıxarır.
- Qəbizlik, ishal və reflüks kimi xəstəliklərin, hətta xərçəngin qarşısını alır.
- Pis xolesterinin səviyyəsini azaldır.
- Diabet riskini aradan qaldırır.
- Liflə zəngin olduğu üçün gün ərzində toxluq hissi verərək arıqlamağa da kömək edir.
- Bədəndəki sərbəst radikalları azaltdığı üçün stress və depressiya kimi hallarda yaxşı təsir edir.
- Orqanizmdə gənc hüceyrələrin sayını artıraraq qocalmanı gecikdirir.
- Dermis təbəqəsinin zədələnmiş hüceyrələrini bərpa edərək qırışların və sızanaqların yaranmasına mane olur.
Necə hazırlanır?
Tərkibi:
2 xörək qaşığı zeytun yağı
4 ədəd badam
2 ədəd qoz
Hazırlanması:
Qoz və badamı yaxşıca əzdikdən sonra üzərinə zeytun yağını əlavə edib qarışdırın. Ağzı qapalı halda bir gecə soyuducuda saxlayın. Ertəsi gün səhər acqarına 2 qaşıq istehlak edin.
Qarışımı hər dəfə təzə məhsullarla hazırlayıb yemək daha effektivdir. Çox miqdarda hazırlayıb istifadə etmək tövsiyə olunmur.