66afd67ecd73c202408242902
Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın öldü

Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada ölüb.

"Report"un məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən qadın hadisə yerindən qaçıb.

Onun axtarışları davam etdirilir.

04.08.2024 23:28
282

(MGID): :
OXŞAR XƏBƏRLƏR