6512fc9b6751c202309234531
DƏHŞƏT: ər-arvad benzin töküb özlərini yandırdılar - TƏFƏRRÜATLAR

Kürdəmir rayonunda ər və arvadının ölüm səbəbləri barədə müxtəlif versiyalar ortaya çıxır. Onlardan biri də odur ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib.

 Panarama.az bildirir ki,  Lent.az hadisənin təfərrüatlarını araşdırıb. Hadisənin partlayışdan baş verməsi xəbəri özünü doğrultmayıb. 

Kənd sakinlərinin bildirdiyinə görə, V. Zərbəliyev dünən günorta saatlarında nahara gəlibmiş. Bu zaman yan otaqda həyat yoldaşının qışqırığını eşidib.

Hadisə şahidlərinin dediyinə görə, yanan həyat yoldaşını xilas edərkən su əvəzinə çaşıb benzin töküb. Nəticədə hər ikisi yanaraq ölüb. 

Evdə vedrə ilə benzinin olmasının nə qədər inandırıcı olduğunu bilməsək də, nəticədə ər və arvad yanaraq dünyasını dəyişib. Kənd sakinlərinin əməkdaşımıza verdiyi məlumata görə, bu daha çox intihar xarakterli hadisədir

26.09.2023 19:44
350

(MGID): :
OXŞAR XƏBƏRLƏR