65937e91608bf202401241009
Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən hakim qarşısında

Dələduzluqda təqsirli bilinən YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barələrindəki hökmdən narazıdırlar.

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, bacılar ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər. Onlar yuxarı instansiya məhkəməsindən bəraət qərarı çıxarılması xahiş edirlər.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan bir milyon manata yaxın hesablanıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyeva 7 il, İ.Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İ.Turkut məhkəmə zalında həbs edilib. 

02.01.2024 07:09
693

(MGID): :
OXŞAR XƏBƏRLƏR