Binə qəsəbəsində bədbəxt hadisə baş verib.
Panarama.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıda 38 yaşlı kişi dəm qazından boğulub.
Hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib. 38 yaşlı Aqil Fail olğu Rəhimov yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
A.Rəhimov Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayevin bacısı oğludur. Onun 1 azyaşlı övladı yadigar qalıb.
Onun nəşi bu gün Lerikə gətirilərək Monidigah kənd qəbiristanlığında torpağa tapşırılıb.