64e883f8d17ec202308233536
Demet Akalının olduğu yaxta qəzaya düşdü - Video

Türkiyəli müğənni Demet Akalının olduğu yaxta qəzaya düşüb.


Panarama.az axşam.az-a istinadən  xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. Demet Bodrumdan səhnə almaq üçün getdiyi məkana gecikməmək üçün yaxtadan istifadə etməli olduğunu deyib. O, su nəqliyyat vasitəsinin limana çırpıldığını bildirib:

"Yaxta saniyələr içində batdı. Oradan necə sağ çıxa bildim anlaya bilmirəm. Verilmiş nəzirimiz var imiş. Yaxtamız limana çırpıldı. Sadəcə üzümün bir hissəsi qızarıb şişib.

Özümü konsertə çatdırdım. Lakin bir narazılığım olacaq. Təcili yardım çağırdıq. 10-15 dəqiqə gözləsək də, gəlmədi. Neçə dəfə zəng vurduğumuzu özümdə deyildim deyə, xatırlaya bilmirəm. Kaş limana bir işıq qoysaydınız, insanlar belə bir qəzaya düşüb travma almasaydı. Bizi təsadüfən oradan keçən şişmə qayıqdakı şəxslər xilas etdi. Onlara təşəkkür edirəm".



25.08.2023 14:34
170

(MGID): :
OXŞAR XƏBƏRLƏR