Zirə
Zirə anemiyaya yaxşı təsir edən ədviyyatlardan biridir. Qanazlığına faydalı olduğu bilinən zirə çayı orqanizmdəki dəmiri artırır. Zirədə olan B12 və A vitamini immunitet sistemini gücləndirməyə kömək edir. Tərkibindəki yüksək miqdarda C vitamini sərbəst radikallarla mübarizə aparır və orqanizmi xərçəngdən qoruyur.
Zəncəfil
Sonsuz faydaları olan zəncəfil dəmir əmələ gətirən xüsusiyyətlərə malikdir. O eyni zamanda qan şəkərini tarazlaşdırır. Ağrı kəsici xüsusiyyətləri sayəsində menstrual ağrıları aradan qaldırır.
Bu ədviyyat qanın laxtalanmasının qarşısını alır, buna görə də qan damarlarının tıxanmasına, infarkt və insulta səbəb ola biləcək ürək xəstəliklərinin müalicəsində çox təsirlidir.
Keşniş
Keşniş otu dəmir çatışmazlığına xeyirlidir və qan əmələ gətirən xüsusiyyətlərə malikdir. Tərkibindəki antioksidant sayəsində dərini bərpa edir. Yüksək kalsium mənbəyi olan keşniş sümükləri gücləndirir və sümük sağlamlığını qoruyur.
C vitamini ilə zəngin olan keşniş sinir uclarını stimullaşdırır. Bu xüsusiyyətinə görə, yuxu pozğunluğu, stress, narahatlıq və s. problemlərin qarşısını almağa kömək edir./medicina.az