“Medicina” xəbər verir ki, getdikcə heyva süfrələrdən yığışır və layiq olduğu dəyəri görmür.
Terapevt Polina Şubina heyvanın bilmədiyiniz 5 faydasını açıqlayıb.
1.Mədənin dərmanıdır- büzücü xassəsinə görə, mədə xəstəliyi, yaraları və ishalda qəbul etmək olar. Qəbizlikdə isə ehtiyatlı olun.
2. Ürək damarlarını möhkəmlədir
Heyvada B9 və C vitamini var. Eləcə 100 qr meyvədə 3 mq dəmir var.
3.Libidonu artırır, afrodiziak təsiri var.
4.Qan laxtalanmasını tənzimləyir, qankəsici təsiri var.
5. Ürəkbulanma və iştahsızlığı aradan qaldırır
Hamilələrdə mədə yanmasının dərmanıdır.
Heyvanı 3 yaşa qədər uşaqlara vermək məsləhət deyil.