Dərinizi kimyəvi prosedurlara ehtiyac olmadan da ağarda bilərsiniz.
Panarama.az Türkiyə mətbuatına əsasən sizə həm ağardıcı, həm də qidalandırıcı maska reseptini təqdim edir.
Lazım olanlar:
Yulaf əzməsi 2 x.q
Qatıq 1 x.q
Limon suyu 2 x.q
Zeytun yağı 1 x.q
Hazırlanması:
Ərzaqları eynicinsli kütlə alınanadək qarışdırın. Maskanı təmizlənmiş dərinizə çəkin. 25-30 dəqiqə sonra soyuq su ilə yuyun. Maskanı həftədə 2 dəfə təkrarlamaq olar.