Qüsursuz dəriyə sahib olmaq hər bir qadının arzusudur. Gözəl dəriyə sahib olmaq üçün onun təmizliyinə diqqət yetirmək vacibdir.
Axşam.az ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz skrabı təqdim edir.
Ərzaqlar:
Bal
Badam
Limon
Hazırlanma qaydası:
2 ədəd badamı toz halına gələnə qədər əzin, daha sonra 1 yemək qaşığı bal ilə qarışdırıb 1 çay qaşığı limon suyu əlavə edin. Dairəvi hərəkətlərlə maskanı üzünüzə çəkin. Quruması üçün 15 dəqiqə gözlədikdən sonra, ılıq su ilə yuyun.