651830d4eaec4202309232940
Dərs zamanı sinif yoldaşlarını zəhərlədi

Moskva vilayətində məktəbdə bibər qazından zəhərlənmə olub.

 

Panarama.az xəbər verir ki, hadisə Klin şəhərindəki məktəbdə baş verib.

 

Məlumata görə, 16 saylı məktəbin 14 yaşlı şagirdi dərsi pozmaq istəyib və məktəbə bibər qazı gətirib. Yeniyetmə onu dərs zamanı stolunun altına səpərək, sinfin yarısını zəhərləyib. Həmçinin 10 uşaq baldır nahiyəsindən yanıq xəsarətləri alıb.

 

Mühafizəçi təcili yardım çağırıb. Həkimlər zərərçəkənlərə yerindəcə kömək göstəriblər, üç məktəbli selikli qişasının yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.(Lent.az)

30.09.2023 18:29
392

(MGID): :
OXŞAR XƏBƏRLƏR