64fa14831ea1a202309232051
"Deyirlər ki, Nigar üzünü nə günə qoyub"

"Heç zaman əməliyyatlarımı gizlətməmişəm. Çünki hamısı görünür. Gizlətsəm, yalan danışmış kimi çıxacağam. Keçən il liposaksiya (piy sovdurma – red.) əməliyyatı olmuşdum. Ondan sonra gördüm ki, bu əməliyyatın ikinci dəfə olmasına ehtiyac var". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Özəl" proqramında qonaq olarkən deyib. Xanəndə plastik əməliyyatlarından danışıb:

"Hər zaman incə olmuşam. Amma qüsursuz incəlik daha gözəldir. Hər kəs özündə olan qüsuru bilir və görür. Kənardan insanlar mənə söyləyirlər ki, sənin plastik əməliyyata nə ehtiyacın var idi? Cavab verirəm ki, siz bilmirsiniz və görmürsünüz. Artıq olan yerlərimi gizlətmək üçün həcmli geyimlər geyinib, örtmüşəm. Bir il mən belə geyimlər geyindim. Sonra müəyyən bir vaxt keçdi, qərara aldım ki, yenidən əməliyyat etdirim.

İnsan özü özündən məmnun olmalıdır. Qınayırlar ki, nəyə lazım idi bu əməliyyatlar. Kimə özünüzü göstərirsiniz, kimə lazımdır sizin bu əməliyyatlarınız. Əlaqəsi yoxdur. Mən incəsənət adamıyam. İstəyirəm ki, əynimə geyindiyim geyimlər üzərimdə istədiyim kimi qalsın. Mən kimin üçünsə bəzənmirəm. Kimin üçünsə eləsəm, sizin istədiyiniz kimi görünəcəyəm. Amma mən bu gün özüm istədiyim kimi görünməyə çalışıram".

Nigar üzündə dolğular olması iddialarına da cavab verib:

"Arıq bir xanımam, amma yanaqlarım hər zaman iri, həcmli olub. Baxanlar deyirdilər ki, Nigar üzünü nə günə qoyub. Bədən əməliyyatı ilə insanlar üz əməliyyatını qarışdırırlar. Üzümə heç bir dolğu vurmamışam. Uzun müddət əvvəl burnumun formasını dəyişdirmişəm. Dodaqlarımda gel var. Onsuz da indi hamının dodağında gel var. Kameralar bizi çəkəndə olduqca yekə göstərir. Nədənsə hamı düşünür ki, yanaqlarıma gel vururam. Əksinə əməliyyat etdirərək, yanaqlarımın həcmini kiçiltmişəm. Bunu isə bədənimə uyğun olsun deyə etmişəm. Özümü sevirəm".

07.09.2023 22:19
220

(MGID): :
OXŞAR XƏBƏRLƏR