66b0051a836b1202408244754
DİQQƏT! Bu qidalar böyrəkləri dializdən xilas edir - Bədəndə zəhər, mikrob qoymur

Böyrəklər bədəndə maye və elektrolit balansını tənzimləyən, tullantıları təmizləyən və sidik əmələ gətirən orqandır. Buna görə də böyrək sağlamlığı çox vacibdir. Onun sağlamlığını qorumaq üçün düzgün qidaları qəbul etmək vacibdir. Böyrəklər düzgün işləmədikdə, bədənin toksinləri effektiv şəkildə təmizləmir, bu da ümumi yorğunluq hissinə səbəb olur. Böyrəklərin zərərli maddələri xaric etməməsi dərinin qaşınmasına və digər dəri problemləri yardır. Bəzi təbii qidalar bədənin iltihabını aradan qaldırır və böyrəklərin təmizlənməsinə kömək edir.

BAKU.WS xarici KİV-ə istinadən böyrəyi təmziləyən və yeniləyən qidaların adlarını təqdim edir:

Su

Su böyrəklərin ən yaxşı dostudur. Yetərincə su istehlakı böyrəklərin toksinləri süzməsinə və sidik yolları infeksiyalarının qarşısını almasına kömək edir. Bu səbəbdən mütəxəssislər hər gün 8-10 stəkan su içməyi məsləhət görürlər.

Acı bibər

Tərkibindəki az kalium ilə böyrəklərə faydalı bir seçimdir. C vitamini, A vitamini və liflə də zəngindir. Acı bibərin tərkibində az miqdarda natrium var. Böyrək sağlamlığını qorumaq üçün natrium qəbulunu məhdudlaşdırmaq vacibdir.

Kələm

Tərkibindəki az kalium, C vitamini, lif tərkibi ilə böyrəklər üçün əladır. Kələm zəngin vitamin və mineral mənbəyidir. Tərkibindəki antioksidantlar bədəndəki zərərli təmizləməyə kömək edir, eyni zamanda xərçəng, ürək-damar xəstəlikləri və böyrək funksiyasının pozulması kimi riskləri azaldır.

Sarımsaq

İltihab əleyhinə və antioksidant xüsusiyyətləri sayəsində böyrək sağlamlığını dəstəkləyir. Yeməklərə ləzzət qatarkən natrium istifadəsini də azalda bilər. Sarımsaq manqan, C vitamini və B6 vitamini mənbəyidir və tərkibində antiinflamatuar xüsusiyyətlərə malik kükürd birləşmələri var. Böyrək problemi olan insanlarda duz əvəzinə dad artırıcı olaraq istifadə edilə bilər.

Soğan

Antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Yeməklərə dad vermək üçün duz əvəzinə soğan istifadə edilə bilər. Böyrək funksiyası ilə bağlı problemləri olan insanlar üçün soğan çox sağlam qidadır. Onların tərkibində yüksək qan təzyiqini aşağı salmağa kömək edən, bununla da böyrək xəstəliklərinin inkişafını yavaşladan prostaglandinlər kimi tanınan maddələr var.

Alma

xolesterinin aşağı düşməsinə kömək edir və ürək sağlamlığını qorumağa kömək edən liflə zəngindir. Ayrıca böyrək xəstəlikləri riskini azalda bilər. Xüsusilə qırmızı alma böyrək xəstəliklərinin müalicəsini dəstəkləməklə yanaşı, xəstəliklərdən qorunmaq üçün qoruyucu qalxandır. Böyrəyi təmizləyir və lif tərkibi ilə filtrasiyanı ən yaxşı şəkildə həyata keçirməyə kömək edir.

Zeytun yağı

Sağlam yağlarla zəngindir və böyrək xəstəliyi riskini azaltmağa kömək edə bilər. Böyrək sağlamlığını qorumaq üçün bu qidaları balanslı və sağlam pəhrizin bir hissəsi kimi istehlak etmək vacibdir. Bundan əlavə, hər hansı bir pəhriz dəyişikliyi etməzdən əvvəl tibb işçiləri ilə məsləhətləşmək vacibdir.

05.08.2024 02:01
641

(MGID): :
OXŞAR XƏBƏRLƏR