"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi Beynəlxalq Nəqliyyat Forumunun icazələri üzrə sənəd qəbulunun müddətini daha 15 gün uzadıb.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.
"2024-cü il üzrə icazə bölgüsündə iştirak etmək istəyən daşıyıcılar //ayna.gov.az/news/388 linkində qeyd edilən sənədləri 1 dekabr 2023-cü il tarixinə qədər ABADA-nın sənəd qəbulu mərkəzinə təqdim etməlidirlər", - deyə qurum bəyan edib.