64f5a5d907451202309233937
DİQQƏTLİ OLUN - İlk baxışdan saxta olduğu bilinmir/VİDEO

Paytaxtda 7 kilosu 36 manata çiyə, yəni xüsusi üsulla emal olunan yağ satılır.


Panarama.az Referans.az-a istinadən xəbər verir ki, satış isə əsasən sosial şəbəkələr üzərindən həyata keçirilir.


“Üstəlik  ünvana çatdırılması  da pulsuzdur.”


Alıcı qismində zəng etdiyimiz xanım da çəkisi 7 kq olan çiyənin cəmi 36 manata satıqlarını bildirdi. Hətta bizi məhsulun təbii olmasına  inandırmağa da çalışdı.


Paytaxtda fəaliyyət göstərən bazarlarda isə satıcılar  hazırda mövsümlə əlaqəli olaraq çiyənin  satılmadığını deyirlər. Bəzi satıcılar bu ağartı məhsulunun real qiymətinin 15 manatdan başladığını desələr də, 7 kq-nın 30-40 manata satıldığını bildirənlər də var. Elə alıcılarla müsahibə zamanı da ucuz qiymətə qaymaq satışının aparıldığını öyrəndik.


Satıcılar ucuz çiyənin paytaxta bölgələrdən gətirldiyini bildirirlər. Bu səbəbdən də Gəncə bazarındakı vəziyyəti də araşdırmaq qərarına gəldik. Satıcılar təbii qaymağın qiymətinin burada da 15 manatdan yuxarı olduğunu deyirlər.


Qida eksperti Seymur Qafarov “Xəzər Xəbər”ə bildirib ki, hazırda bəzi şəxslərin ağartı məhsullarının tərkibini su və digər maddələrlə qatılaşdırıb istehlakçını aldatma halları müşahidə olunur. Ekspert  deyir ki, alıcılar aldanmamaq üçün ilk öncə etiketli məhsul almağa üstünlük verməlidirlər. Bundan əlavə alınan  çiyənin məişət üsulu ilə də saxtasından fərqləndirmək mümkündür.


Seymur Qafarov onu da bildirib ki, istehlakçılar bu cür hallarla rastlaşan zaman pərakəndə ticarət mərkəzinin keyfiyyətə nəzarət şöbəsinə və ya aidiyyəti qurumlara məlumat verə bilərlər.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


04.09.2023 13:37
268

(MGID): :
OXŞAR XƏBƏRLƏR