66472db5ebd2b202405241309
Diri-diri basdırılan kişi 4 gün sonra sağ çıxarıldı - FOTO

Diri-diri basdırılan kişi 4 gün torpağın altında sağ qalıb.

Panarama.az dailymail-ə istinadla bildirir ki, ağlasığmaz hadisə Moldovada baş verib. Belə ki, Moldovada evdən 74 yaşlı qadının meyitini tapan polislər vəziyyətin şübhəli olduğunu gördükdə mənzildə axtarış ediblər. Bu zaman onlar qışqırıq səsi eşidiblər və həyətdə kişinin diri-diri basdırıldığını aşkarlayıblar.

4 gün sonra sağ halda tapılan kişinin torpaqdan çıxarılarkən şüuru özündə olub və sadəcə boynunda yüngül xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az görüntüləri təqdim edir:

17.05.2024 14:09
982

(MGID): :
OXŞAR XƏBƏRLƏR