Panarama.az həmin üsuları təqdim edir:
Dırnaq göbələyi həm sağlıq baxımından, həm də görüntü olaraq insanı narahat edən problemdir. Bu problemlə qarşılaşdığınızda həkimə baş vurmaya da bilərsiniz. Aile.lent.az dırnaq göbələyindən xilas olmağın iki təbii yolunu təqdim edir.
Sirkə ilə dırnaq göbələyinin müalicəsi
Sirkə ayaq göbələyinin müalicəsində sıx istifadə olunan müalicə yollarından biridir.
İlıq suya bir stəkan sirkə əlavə edilir. İnfeksiya düşmüş dırnaq 15-20 dəqiqə bu suyun içində saxlanır. Sonra ayaqlarınızı yaxşıca yuyun və qurulayın. Bunu gündə iki dəfə təkrar edin.
Soda ilə dırnaq göbələyinin müalicəsi
Soda dərini ölü hüceyrələrdən təmizləmək, infeksiyalarla mübarizə aparmaq üçün istifadə edilir. Sodanın tərkibindəki aktiv maddələr göbələklə mübarizə aparır və dırnaq səthinə ziyan vurmasının qarşısını alır.
4 stəkan isti suyun içinə yarım fincan soda, yarım fincan 3%-lik hidrogen peroksid və yarım fincan sulfat əlavə edərək yaxşıca qarışdırın. Bir damcı sirkə də əlavə edə bilərsiniz. Daha sonra infeksiyaya yoluxmuş dırnağı təxminən 20 dəqiqə boyunca bu qarışımın içində saxlayın. Sonra qarışıma batırılmış bölgə təmiz su ilə durulanaraq təmizlənir. Gündə iki dəfə edin./saglamolun.az