Professor Maykl Andersonun rəhbərlik etdiyi bir qrup alim 200 könüllünün iştirakı ilə 6 ay ərzində araşdırma aparıb.
Tədqiqatın dərc olunduğu “Journal of Dental Research” bildirib ki, iştirakçılar xüsusilə seçilmiş təbii ağardıcı məhsulların daxil olduğu pəhriz rejiminə riayət edib. Nəticələr göstərib ki, brokoli, kivi və badamın birləşməsi diş minasına zərər vermədən ağardılmasına kömək edir.
Mütəxəssislər, ənənəvi ağardıcı üsulların çox vaxt yan təsirlərlə müşahidə olunduğunu və dişlərin, diş ətinin vəziyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.
Məlumata görə, yeni tapılan qarışımın klinik sınaqları ilin sonuna qədər başa çatacaq. Nəticədə bu, ağız boşluğuna qulluq vasitələri istehsalçılarına, diş minasını daha təhlükəsiz ağardan məhsullar təqdim etməyə imkan verəcək./saglamolun.az