Türkiyə valyuta birjalarında dollar və avro günə bahalaşma ilə başlayıb.
Panarama.az Cebhe.info-ya istinadən xəbər verir ki, dollar 0.24 faiz bahalaşaraq 27.73 lirəyə yüksəlib.
Avro isə 0.11 faiz dəyər qazanıb.
Hazırda 1 avro 29.31 lirə səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, bu, dollar və avronun birjalarda olan qiymətidir. Alqı-satqı prosesində marja faizləri dəyişkən olur.