67527ec7ab97a202412243415
Dolların kursu dəyişir – Manatın məzənnəsi belə olacaq

Hazırda dünya siyasətində aktivlik müşahidə olunur. Fərqli regionlarda münaqişələr alovlanıb. Bu isə istər-istəməz dolların kursu, neft-qaz qiymətlərinə təsirsiz ötüşmür.

 

Neftin, qazın, xarici valyutanın yaxın vaxtlarda dünya bazarında mövqeyi necə olacaq?

 

Panarama.az xəbər verir ki, globalinfo.az-a danışan deputat, iqtisadçı Vüqar Bayramov deyib ki, bütövlükdə dünya bazarında volatillik müşahidə olunur.

 

O bildirib ki, hazırda "Brent" markalı neftin bir barreli 74 dollara təklif olunur:


"Yəni praktiki olaraq mövcud qiymət Azərbaycan üçün məqbul hesab oluna bilər. Amma 2025-ci il üçün fərqli proqnozlar var. Son proqnozlara əsasən, 2025-ci ildə neftin bir barreli 70 dollardan aşağı düşəcək. Əvvəlki proqnozlarda 70-80 dollar göstərilirdi, amma siyasi qərarlar qiymətlərə təsir etdi. OPEC+ öhdəliklərə riayət edib neft hasilatını artırmasa, qiymətlərdə ciddi dəyişiklik olmayacaq".

 

İqtisadçı qeyd edib ki, dolların kursunda xarici valyutalara nisbətən məzənnədə artım müşahidə edilir:

 

"Dolların məzənnəsinin səbət valyutalara nəzərən artması gələn il də müşahidə ediləcək.

 

Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılı olacaq. Neft qiymətlərində də dəyişiklik olmasa, manatla bağlı risk olmayacaq".

06.12.2024 08:33
23920

(MGID): :
OXŞAR XƏBƏRLƏR