Dominikan polisi "Survivor All Star 2024" yarışmasına basqın edərək orada əməliyyat keçirib.
Panarama.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə yarışmanın aparıcısı Acun Ilıcalı bildirib.
O "Survivor All Star 2024"ün yeni yayımlanan fraqmanında Dominikan polisinin "Survivor"ın keçirildiyi əraziyə hücum etdiyini, hətta bir neçə əməkdaşın nəzarətə götürlüdüyünü deyib:
"Bu yaşıma gəldim, belə bir şey yaşamadım. Mənə zəng etdilər. Dedilər ki, Dominikan polisi "Survivor"da əməliyyat keçirib, bizim əməkdaşları aparıblar".
Ilıcalının gözlənilməz açıqlaması bütün iştirakçıların təəccübünə səbəb olub./baku.ws
Sözügedən kadrları təqdim edirik: