685c1f0ebb14d202506250846

Dönərdən zəhərlənənlərin sayı 20-yə çatdı - Yenilənib

25 İyun 2025
85
Tovuzda dönərdən 14 nəfər zəhərlənib.

Panarama.az bildirir ki, Axşam.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, onlardan 7-si kişi, 7-si qadın cinsli olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

***

Bu gün saat 16:56 radələrində 16 nəfər (7-i kişi, 9-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrində davam etdirilir.

***

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 17 nəfərə çatıb.

***

 

25.06.2025-ci il tarixində saat 16:56 radələrində 20 nəfər (9-u kişi, 11-ü qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.