66842ad149a31202407242905
Dövlət Agentliyi məktəb direktorlarına xəbərdarlıq edib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəb direktorlarına xəbərdarlıq edib.

"Report"un məlumatına görə, agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə (direktor və direktor müavini) təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilsə, bu barədə bilavasitə məsuliyyət daşıyan tərəflər barədə də ölçü götürüləcək.

O qeyd edib ki, bu barədə müvafiq tədbirlər görüləcək.

02.07.2024 20:28
147

(MGID): :
OXŞAR XƏBƏRLƏR