Çinin dövlət qurumlarında “iPhone” və xarici brend cihazlarının istifadəsi qadağan edilib.
Panarama.az Sfera.az-a istinadən bildirir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb. Xəbərdə sözügedən təlimatın ötən həftələrdə yüksək səviyyəli rəhbərlər tərəfindən verildiyi, lakin müraciətin əhatə dairəsi ilə bağlı kifayət qədər məlumatın olmadığı bildirilib.
Qeyd olunub ki, son illərdə sözügedən ölkə şirkətlər üçün yeni qanunlar və şərtlər tətbiq edib. Məqsəd isə təhlükəsizliyin təmin olunmasıdır.